Buradan dönən cərimələnir – Sürücülərə xəbərdarlıq

Bakı şəhəri Yasamal rayonunda C.Cabbarlı və A.Bakıxanov küçələrinin kəsişməsində yeni xətləmə işləri aparılıb.

Referans Media  xəbər verir ki, sürücülərin xətləməyə diqqətsiz yanaşması və avtobus zolağına daxil olmaq istəməmələri onların cərimələnməsinə səbəb olur.

Belə ki, A.Bakıxanov küçəsində C.Cabbarlı küçəsinə dönmə edən sürücülər bütöv xəttin tələbini pozaraq ilk istiqamətdən dönürlər. Qaydaya əsasən isə sürücü biraz irəli gedərək qırıq-qırıq xətlə işarlənmiş yerdən digər hərəkət istiqamətinə keçid etməlidirlər.

Qayda pozan sürücülər 100 manat və 3 bal cərimə olunur./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki