Ceyhun Bayramov Türkiyəyə getdibackend

Ceyhun Bayramov Türkiyəyə getdi

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Referans-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazirin həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki