Çin rəsmisi Hörmüz boğazındakı problemlərə görə ABŞ və İsraili günahlandırıb

Hörmüz boğazındakı problemlərin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarıdır.

Referans Media xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib.

Çinli diplomat BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı iclasında çıxışında qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin pozulmasının əsas səbəbi İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi qanunsuz hərbi əməliyyatlardır: “Çin ABŞ və İsraili qanunsuz hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırır”.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki