backend

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Referans Media  xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 341, o cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki