Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin və Bakıda kütləvi davada iştirak edən digər şəxslərin Cinayət Məcəlləsinin (CM) hansı maddələri ilə ittiham olunduqlar məlum olub.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, hadisəyə görə 6 nəfərə ittiham irəli sürülüb.Xətai Rayon Məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.
Məhkəmənin qərarına əsasən, CM-nin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.
Əlizadə Əhməd Arzuxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
