Çində “qırmızı təhlükə”: Sel 1805 nəfəri evsiz qoydu

Çində güclü yağışlar və sel təhlükəsi səbəbindən bir sıra bölgələrdə ən yüksək səviyyəli “qırmızı xəbərdarlıq” elan edilib.

Məlumata görə, Anxoy vilayətinin qərbi və Hubey vilayətinin şərqində dağ çaylarının daşması və ani sel riski kəskin artıb. Səlahiyyətlilər bölgədə yaşayan sakinlərə təhlükə barədə xəbərdarlıq edib.

Eyni zamanda Cıciyan, Anxoy, Cianqşi və Hubey vilayətlərinin bəzi hissələrində “narıncı xəbərdarlıq” elan olunub və yerli idarələrə təxliyə tədbirlərinin görülməsi tapşırılıb.

Çinin cənub-qərbində yerləşən Çonçin bölgəsində baş verən sel nəticəsində 3 nəfər ölüb, 19 nəfər itkin düşüb. Təbii fəlakət zonasından 1805 nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Hazırda bölgədə axtarış-xilasetmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki