Ermənilər işğal dövründə Azərbaycanın ərazilərində təkcə evləri və şəhərləri deyil, məzarlıqları, tarixi abidələri də yerlə-yeksan ediblər.
Torpaqlar 30 ildən sonra azad edilsə də, bu vandalizmin acı izləri bu gün də qalır.
Hazırda minlərlə insan doğmalarının məzarını axtarır, lakin çox vaxt iz tapılmır – çünki qəbirüstü abidələr erməni vandalları tərəfindən dağıdılıb və ya oğurlanıb.
Ağdam sakini olan ahıl bir kişinin ömrünün bu çağında oğlunun məzarını axtarması da həmin faciənin ağrılı mənzərəsidir.
Referans Media bu ürəkdağlayan görüntüləri təqdim edir.
Şahanə Rəhimli























