Daha bir məktəbdə insident – şagirdlər arasında dava qanla BİTDİ

Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Referans Media APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki