image-isiqbackend

DİQQƏT: Saat 10:00-da işıq kəsiləcək

Paytaxtın Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Referans Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Aprelin 1-də Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki