image-aptekbackend

12 aptekdə nöqsanlar aşkarlandı

Mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 54 aptekdə yoxlama aparıb.

Mərkəzdən Referans Media-ya  verilən məlumata görə, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki