Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.
Referans Media xəbər verir ki, ümumi çəkisi 349 ton olan 5 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək.
Referans Media xəbər verir ki, bu gün Ermənistana 5 vaqon taxıl yola salınacaq.























