image-netanyahu-iran-a-karsi-savasta-yari-yolun-otesine-gectik-19701158_8866_ampbackend

Netanyahu AÇIQLADI: İran təhlükəsi artıq bitdi!

İsrail Baş naziri Binyamin Netanyahu İranla bağlı həyata keçirilən hərbi əməliyyatlar barədə açıqlama verib. O, Tehran rejimini İsrail üçün “mövcud təhlükə” adlandıraraq, “Biz terrorçu rejimi sistematik şəkildə dağıdırıq” deyib.

Referans Media xəbər verir ki, Binyamin Netanyahu İranın nüvə və ballistik raket proqramlarının inkişafına təxminən 1 trilyon dollar xərclədiyini iddia edib və bu proqramlar artıq İsrail üçün ciddi təhlükə yaratmır. Baş nazir həmçinin ABŞ-la birgə aparılan əməliyyatlar nəticəsində İranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini iddia edib.

O, İranın regionda yaratdığı təhlükələri Yaxın Şərqi ələ keçirmək və dünyanı təhdid etmək məqsədilə qurduğu “təhlükəsizlik zonaları” ilə izah edib. Netanyahu, İsrailin Qəzza, Suriya və Livan ərazilərində müdafiə tədbirlərini gücləndirdiyini və hava hücumundan müdafiə sistemlərinin dünyanın ən güclü sistemlərindən biri olduğunu vurğulayıb.

İsrail və ABŞ İranda 28 fevralda hərbi əməliyyat başlayıb. İran isə İsrail və ABŞ-ın regiondakı əsas bazalarını və strateji nöqtələrini hədəf alaraq qarşılıqlı hücumlar həyata keçirib. Bu müharibədə Əli Xamenei daxil olmaqla bir çox yüksək səviyyəli rəsmi şəxs öldürülüb.

Netanyahu, İsrailin həm müdafiədə, həm də hücumda güclü olduğunu, beynəlxalq müttəfiqlərin də onlardan dəstək istədiyini bildirərək, Tehran rejiminin “ölüm gətirən terörist” kimi sistematik şəkildə aradan qaldırıldığını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki