2027-ci ildə 52 dövlət müəssisəsinin dövlət büdcəsinə ümumilikdə 918 milyon manat dividend ödəməsi proqnozlaşdırılır.
Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2027-ci il üzrə proqnozlaşdırılan büdcə gəlirlərinə dair məlumatında bildirilib.
Proqnoza əsasən, nəzərdə tutulan 918 milyon manatlıq daxilolmanın 872 milyon manatı xalis dividend, 46 milyon manatı isə dividend vergisi hesabına formalaşacaq.
Beləliklə, gələn il dövlət müəssisələrindən büdcəyə əhəmiyyətli həcmdə vəsait daxil olması gözlənilir./nocomment.az/
