Qazaxıstanın “Akas” klubunun U-19 komandasının məşqçilər heyəti “Qarabağ”ın əsas komandasının bazasında olublar.
Referans Media Qazaxıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, qonaqlar Ağdam təmsilçisinin infrastrukturu, məşqlərin təşkili, futbolçuların qidalanması və bərpası prosesi ilə tanış olublar.
Onlar həmçinin trenajor zalına baş çəkib, fiziki yüklənmələrə nəzarət və məşq prosesinin təhlilində istifadə olunan Catapult sistemi ilə bağlı məlumat əldə ediblər.
Səfər zamanı "Akas" nümayəndələri “Qarabağ”ın məşqini izləyib, baş məşqçi Qurban Qurbanovla təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, hazırda "Akas"ın U-19 komandasının baş məşqçisi olan Dovran Kencaxunov 2026-cı ilin martında “Qarabağ”da bir aylıq təcrübə keçib.
Xatırladaq ki, “Akas”ın U-19 komandası bir neçə gün əvvəl “Qarabağ”ın əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirmiş və 3:0 hesabı ilə qalib gəlmişdi./“Qafqazinfo”/
