Dünya ulduzu Türkiyə klubuna gəlir - "Fənərbaxça" Levandovski ilə razılığa gəldi

"Fənərbaxça" prezidentliyinə namizəd olan Hakan Safi, dünya futbolunun ən tanınmış hücumçularından biri olan Robert Levandovski üçün böyük transfer planı hazırlayıb.

İddialara görə, Hakan Safi və Robert Levandovski tərəfi arasında ilkin razılaşma əldə olunub. Planlaşdırılan müqavilə 1 ili opsiyonlu olmaqla 2 illik razılaşma formatında nəzərdə tutulur.

Referans Media xəbər verir ki, təklifin maliyyə detalları da diqqət çəkir. Polşalı ulduza illik 15 milyon avro maaş və əlavə olaraq yüksək performans bonuslarının verilməsi planlaşdırılır.

37 yaşlı təcrübəli hücumçu ötən mövsüm "Barselona" forması ilə 46 oyunda 19 qol və 4 asistlə çıxış edib.

Əgər transfer rəsmiləşərsə, bu keçid Superliqa tarixində ən səs-küylü transferlərdən biri kimi yadda qalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki