Derbidən sonra gərginlik: Arçi Brovndan Abdülkərim Bardakcıya sərt ittiham

Derbidən sonra gərginlik: Arçi Brovndan Abdülkərim Bardakcıya sərt ittiham

Türkiyə Super Liqasının 9-cu turunda keçirilən derbidə Galatasaray öz meydanında Fənərbaxçanı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın ardından isə futbolçular arasında yaşanan insident matçın önünə keçib.

Referans Media xəbər verir ki, final fitindən sonra hər iki komandanın oyunçuları arasında gərginlik yaranıb. Əvvəlcə Kerem Aktürkoğlu ilə Roland Sallai arasında mübahisə baş verib. Daha sonra isə Arçi Brovn ilə Abdülkerim Bardakcı üz-üzə gəlib.

Qısa müddətdə sözlü mübahisə fiziki qarşıdurmaya çevrilib. Baş hakim insidentə görə hər iki futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Matçdan sonra açıqlama verən "Fənərbağça"nın futbolçusu Arçi Brovn komandadaşı Mateo Gündüzini müdafiə etmək üçün hadisəyə müdaxilə etdiyini bildirib.

Boynundakı cızıq izlərini göstərən Brovn, Abdülkərim Bardakcını sərt tənqid edib.
"Abdülkərimin Gündüzinin saçından çəkdiyini gördüm və müdaxilə etdim. Qalatasaraylılar belə davranırlar. Qadın kimi saç çəkir və cırmaqlayırlar. Boynumdakı izləri də mənə belə saldı."

Digər tərəfdən, "Qalatasaray"ın müdafiəçisi Abdülkərim Bardakcı isə jurnalistlərin suallarını cavablandırarkən ittihamları qəbul etməyib.

"Videoya baxsanız, ilk hücum edənin kim olduğunu görəcəksiniz", – deyə Abdülkərim bildirib.

Qeyd edək ki, qarşılaşmadan sonra yaşanan insident Türkiyə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Archie Brown'dan Abdülkerim Bardakcı'ya olay sözler: Kadın gibi...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki