“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci mərhələsinin ilk matçında “Dinamo” U-19 (Zaqreb) ilə qarşılaşacaq.
Referans Media xəbər verir ki, “Azərsun Arena”da baş tutacaq matçın biletləri 3 manatdan satışa çıxarılıb.
Görüş oktyabrın 28-i, saat 15:30-da start götürəcək.
Cütün qalibi 3-cü raundda “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.
