Arda Turandan müharibədə qolunu itirən ukraynalı əsgərə duyğusal jest


Ukraynada müharibə zamanı qolunu itirən bir əsgər Şaxtyor Donetsk ilə Zoriya Luqansk arasında keçirilən oyun öncəsi xüsusi mərasimlə şərəfləndirilib.

Referans Media xəbər verir ki, simvolik başlanğıc zərbəsini yerinə yetirən ukraynalı hərbçi qarşılaşmadan əvvəl futbolçularla görüşüb və stadionda alqışlarla qarşılanıb.

Şaxtyor Donetskin baş məşqçisi Arda Turan da əsgərə xüsusi diqqət göstərib. O, ukraynalı hərbçini qucaqlayaraq ona klubun formasını hədiyyə edib və mənəvi dəstəyini ifadə edib.

Arda Turanın bu addımı stadionda emosional anlara səbəb olub və azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Müharibədə ağır xəsarət alan əsgərə göstərilən bu jest oyundan əvvəl keçirilən mərasimin ən yaddaqalan məqamlarından biri kimi qiymətləndirilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki