Dünyanın ən güclü 10 pasportu - SİYAHI

"Global Citizen Solutions" şirkəti tərəfindən hazırlanan beşinci illik "Global Passport Index" (GPI) reytinqi dərc olunub. Siyahıda Avropa ölkələri yenidən üstünlük təşkil edirlər.

Qlobal pasport indeksi ölkələrin vizasız səyahət imkanları ilə yanaşı, həm də investisiya cəlbediciliyi və həyat keyfiyyəti kimi göstəriciləri də qiymətləndirir.

Reytinqə əsasən, dünyanın ən güclü 10 pasportundan doqquzu Avropa ölkələrinə məxsusdur. İlk onluğa daxil ola bilən yeganə qeyri-Avropa dövləti isə 10-cu yerdə qərarlaşan Sinqapurdur.

Builki reytinqə İsveç başçılıq edir. Siyahının ikinci pilləsində İsveçrə, üçüncü pilləsində isə Finlandiya yer alıb. Almaniya reytinqdə dördüncü mövqedə qərarlaşıb. İlk beşliyi isə beşinci yeri bölüşən Niderland və Danimarka tamamlayır.

Qeyd edək ki, dünyanın ən güclü ilk 10 pasportu sırasına ardıcıllıqla İrlandiya, Böyük Britaniya, Norveç və Sinqapur da daxil olub./oxu.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki