ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff qabaqcıl süni intellekt modellərinin imkanlarını nüvə silahları ilə müqayisə edib. O bildirib ki, bu texnologiyalar "rəqəmsal nüvə silahları" kimi qiymətləndirilə bilər.
Referans MEDİA bildirir ki, Retkliff Vaşinqtonda keçirilən AWS sammitində çıxışı zamanı deyib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik üzrə müşavirləri ilə aparılan müzakirələrdə qabaqcıl süni intellekt modellərinin təsiri əsas mövzulardan biridir.
"Bu qabaqcıl süni intellekt modellərinin imkanlarını rəqəmsal nüvə silahlarına bənzətmək heç də yanlış olmaz", – deyə CIA rəhbəri vurğulayıb.
İyunun 12-də ABŞ administrasiyası Anthropic şirkətinin ən güclü iki modeli – Mythos 5 və Fable 5 üçün ixrac məhdudiyyətləri tətbiq edərək onlara çıxışı dayandırmışdı. Daha sonra Mythos 5 modelinə yalnız məhdud sayda ABŞ tərəfdaşı üçün yenidən icazə verilib, Fable 5 isə hələ də əlçatan deyil.
Bununla yanaşı, OpenAI yeni GPT-5.6 modelini məhdud girişlə istifadəyə verib. Şirkət ilk dəfə olaraq modeldən istifadə edəcək tərəfdaşların ABŞ hökuməti tərəfindən ayrıca yoxlanılmasına razılıq verib.
