ABŞ Prezidenti Donald Tramp Şimali Dakota ştatındakı çıxışı zamanı İspaniyanın Şimali Atlantika Alyansının (NATO) fəaliyyətindəki rolunu tənqid edib. Tramp İspaniyanı alyansın "yaxşı olmayan" üzvü adlandırıb.
Referans Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Ax, ispanlar. NATO üzvüdürlər, amma NATO-nun elə də yaxşı üzvü deyillər", — deyə Ağ Ev rəhbəri qeyd edib.
Tramp İspaniyanın digər ölkələrə kömək etməkdən imtina etdiyini bildirərək rəsmi Madridin bu mövqeyini sərt tənqid edib. Onun sözlərinə görə, ispanlar Kuba, Quam, Filippin və Puerto-Riko üzərində nəzarəti itirdikdən sonra bu ərazilər ABŞ-ın nəzarəti altına keçib.
Amerika lideri onu da əlavə edib ki, Kuba onilliklər sonra Birləşmiş Ştatlara tərəf addımlayır və o, bu məsələ ilə şəxsən məşğul olacağına söz verib.
