Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Slovakiya Ukraynaya yönəlmiş Avropa hərbi yardımına qoşulmayacaq, çünki silah tədarükü və onun satın alınmasının maliyyələşdirilməsi münaqişəni sadəcə uzadır.

Referans Media xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso "STVR" radiosunun "Şənbə dialoqları" podkastında bildirib.

Görüşün aparıcısının ölkənin bu təşəbbüsdə mümkün iştirakı barədə sualına cavab verən Slovakiya hökumətinin rəhbəri belə şərh verib:

“Mən danışıqlar aparacağam ki, Slovakiya nümayəndə heyətinin Slovakiyanın Ukraynaya yeni hərbi yardıma qoşulmasını təsdiqləmək üçün mandatı olmasın”.

O, həmçinin vurğulayıb ki, ölkənin Ankarada keçiriləcək NATO sammitindəki nümayəndə heyətinə Slovakiya Prezidenti Peter Pelleqrini rəhbərlik edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki