ürkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sahəsində rəsmi olaraq “Məkkə Sazişi” adlandırılan yeni üçtərəfli saziş imzalayıblar.
Referans Media xəbər verir ki, sazişin mətninə əsasən, tərəflər kollektiv təhlükəsizliyi möhkəmləndirmək, müdafiə əməkdaşlığını genişləndirmək və təcavüz təhdidlərinə qarşı birgə mübarizə aparmaq niyyətindədirlər.
Sənəddə həmçinin xüsusi olaraq qeyd olunub ki, üç ölkədən hər hansı birinə qarşı edilən silahlı hücum hər üç dövlətə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək.
Sammit Məkkədəki "Əl-Safa" sarayında baş tutub.
Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər.
Sazişdə həmçinin vurğulanır ki, əməkdaşlıq tarixi əlaqələrə, qardaşlıq və islam həmrəyliyi prinsiplərinə, habelə ümumi strateji maraqlara və müdafiə sahəsində uzunmüddətli qarşılıqlı fəaliyyətə əsaslanır.
Tərəflər kollektiv təhlükəsizliyi daha da möhkəmləndirmək, regionda və onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətində olduqlarını bəyan ediblər./Musavat.com/



