image-1775490392_n1uvvvp7t4gqkjrbupesjw24ojga4r9v-1backend

Elşən Məmmədova yüksək vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinə üzv seçilib.

 

Referans Media xəbər verir ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmri ilə Elşən Məmmədov müvafiq vəzifəyə təyin edilib. Elşən Məmmədov bundan öncə “Araz Supermarket” MMC-də departament direktoru kimi çalışırdı.

 

Hazırda qurumun İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadədir. İdarə Heyətinin digər üzvü isə Faiq Hüseynovdur.

 

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” 2016-cı ildən fəaliyyət göstərən “Ərzaq Məhsullarının Tədrükü və Təchizatı” ASC-nin bazasında 2019-cu ilin iyul ayında yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır./kredit.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki