image-hemdullabackend

Əməkdar müəllim vəfat etdi

Azərbaycanın Əməkdar müəllimi Həmdulla Behbudov 66 yaşında vəfat edib.

Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, H.Behbudov 1959-cu il oktyabrın 1-də Yardımlı rayonunda anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb.

O, pedaqoq kimi Yardımlı şəhər V. H. Məmmədov adına qəsəbə 2 nömrəli tam orta məktəbdə, Bozayran kənd tam orta məktəbində və Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində fəaliyyət göstərib.

Son illərdə səhhətində yaranan ciddi problemlər səbəbindən peşəsindən uzaqlaşmaq məcburiyyətində qalmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki