Ermənistan Rusiyadan keçmiş baş prokuror Gevork Kostanyanın ekstradisiyasını tələb edəcək. İrəvan həmçinin 2008-ci il martın 1-də iş üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın ekstradisiyasını tələb etmək niyyətindədir.
Referans.az xəbər verir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentdə keçirilən dinləmələrdə bildirib.
Qeyd edək ki, adıçəkilən şəxslər 1 mart işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə, sübutları saxtalaşdırmaqda və istintaqı təhrif etməkdə ittiham olunurlar.
Erməni tərəfinin məlumatına görə, hər iki keçmiş məmur Rusiyadadır, lakin Rusiya Federasiyası hələ ki, onların İrəvana ekstradisiyasına razılıq verməyib.
