Ermənistanın müstəqillik sənədinin “antidövlət” elanı - müxalifət dəliyə döndü

Ermənistanın baş naziri Nikol Paşinyanın 1990-cı il Müstəqillik Bəyannaməsini “antidövlət sənədi” adlandırması gözlənildiyi kimi, ölkənin revanşist dairələrində ciddi narazılıq yaradıb. Vaxtilə Ermənistan dövlətçiliyinin təməli hesab edilən sənəddən imtina çağırışı revanşist müxalifətin sərt etirazı ilə qarşılanıb. 

Referans MEDİA xəbər verir ki, Nikol Paşinyan jurnalistlərə açıqlamasında Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini “antidövlət” adlandırıb.“Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, – deyə baş nazir bildirib.Paşinyanın sözlərinə görə, Bəyannamənin ideologiyasından imtina Ermənistanın dövlət maraqlarına uyğundur və bu qərar Azərbaycan və ya başqa xarici qüvvələrin tələbi ilə bağlı deyil. Yada salaq ki, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsi Ermənistan dövlətçiliyinin əsas sənədlərindən sayılır. Lakin onun preambulasında 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının qəbul etdiyi birləşmə qərarına istinad var. Hazırkı Ermənistan Konstitusiyasının preambulasında da həmin Bəyannaməyə istinad edilir.Məhz bu müddəa Azərbaycan-Ermənistan münasibətlərində əsas mübahisə predmetlərindən biridir.

Picture backgroundPaşinyanın bəyanatı Ermənistanda revanşist müxalifətin sərt reaksiyasına səbəb olub. Müxalifət Bəyannaməni ölkənin “doğum şəhadətnaməsi” və dövlətçiliyin ideoloji təməli kimi təqdim edir. “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan sənəddən imtinanı milli maraqlara zidd addım hesab edir. “Hayastan” fraksiyasının deputatı Kristine Vartanyan isə yeni Konstitusiya təşəbbüsünü “Əliyevin Konstitusiyası” adlandırıb.Daşnaksütyun da Bəyannamənin müdafiəsinə qalxaraq onun Ermənistanın milli birliyinin və dövlətçiliyinin əsaslarından biri olduğunu bildirib. “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan yeni Konstitusiya layihəsinin referendumda qəbuluna dəstək verməyəcəklərini açıqlayıb. Beləliklə, Paşinyanın təşəbbüsü Ermənistanda hakimiyyətlə revanşist müxalifət arasında yeni qarşıdurma mövzusuna çevrilib.

Picture backgroundRəsmi Bakı hesab edir ki, Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasında saxlanılması Azərbaycana qarşı ərazi iddialarının hüquqi-siyasi əsaslarını qoruyub saxlayır. Buna görə də yeni Konstitusiyada həmin istinadın aradan qaldırılması vacib sayılır. Burada əsas məsələ yalnız bir istinadın çıxarılması da deyil. Ermənistanın digər hüquqi sənədlərində və dövlət siyasətində Azərbaycana qarşı ərazi iddiaları üçün zəmin qalmamalıdır. Sülh sazişində nəzərdə tutulan qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri Ermənistanın hüquqi sistemi ilə uzlaşmalıdır.

Azərbaycan üçün Paşinyanın sənədi “antidövlət” adlandırması özlüyündə nəticə deyil. Əsas məsələ bu siyasi bəyanatın hüquqi addımlarla təsdiqlənməsidir. Çünki sabah Ermənistanda hakimiyyət dəyişsə belə, Azərbaycana qarşı ərazi iddialarının yenidən gündəmə gətirilməsi üçün hüquqi zəmin qalmamalıdır./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki