İsrail ordusu Qəzza zolağında daha bir hədəf hücumunun nəticələrini açıqlayıb.
Referans Media Ordunun mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, Nuseirat qaçqın düşərgəsi yaxınlığında baş verən hücum nəticəsində HƏMAS-ın hərbi qanadının bölməsinə komandanlıq edən Cəmil Əbu Takiya həlak olub.
Ordunun məlumatına görə, o, 7 oktyabr 2023-cü ildə İsrailə hücum zamanı qaçırılan çoxsaylı girovların, o cümlədən Rusiya vətəndaşları Andrey Kozlov və Aleksandr Lobanov və Donbas sakini Maksim Xarkinin Qəzzada saxlanılmasında iştirak edib. Kozlov 2024-cü ilin iyun ayında İsrail qüvvələri tərəfindən xüsusi əməliyyatla azad edilib, Lobanov 2024-cü ilin avqustunda əsirlikdə ölüb, Xarkin isə 2025-ci ilin oktyabrında Qəzzada atəşkəs razılaşmasının bir hissəsi olaraq azad edilib.
Ordu bildirib ki, eyni hücumda Əbu Takiyadan əlavə, HƏMAS-ın hərbi qanadındakı başqa bir bölmənin komandiri İbrahim Cihad Məhəmməd Əbu Uşayba da həlak olub./Musavat.com/
