ABŞ bu ölkələrlə Arktika alyansı yaradır

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit Okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar.

Referans Media xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti yayıb: "Dövlət katibi və xarici işlər nazirləri Üçtərəfli Arktika-Sakit Okean Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq memorandumu imzalayıblar. Bu layihənin məqsədi Sakit Okean və Arktika bölgələrində dəniz əməkdaşlığı və iqtisadi tərəfdaşlıqdır".

Cənubi Koreyanın Renhap Xəbər Agentliyinin məlumatına görə, memorandum həmçinin gəmilərdə fövqəladə hallar zamanı gəmilərin təhlükəsizliyi və qarşılıqlı yardım üzrə birgə işi nəzərdə tutur. Bu məsələlərdə Arktika Şurası ilə əməkdaşlıq nəzərdə tutulur.

ABŞ Dövlət Departamenti qeyd edir ki, dövlət katibi Marko Rubio yapon və cənubi koreyalı həmkarları Toşimitsu Motegi və Ço Hyun ilə görüşdə "Çinin Cənubi Çin dənizi üzərində nəzarəti bərqərar etmək cəhdlərini və Sarı dənizdə və Şərqi Çin dənizində məcburi təzyiqi" müzakirə edib.

Rubio həmçinin Çin və Rusiya arasında Hind-Sakit okean regionunda sabitliyi sarsıdan əməkdaşlığı vurğulayıb./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki