“Fənərbaxça”nın prezidenti Sadettin Saran və rəhbərlik heyəti hücumçu transferində son vəziyyəti müzakirə edib. Ara transfer dövründə uğurlu strategiya izləyən sarı-lacivərdlilər, hücumçu mövzusunu tezliklə həll etmək istəsələr də, səhv addım atmaq istəmirlər.
Referans Media xəbər verir ki, Nkunku ilə Milan razılaşmaya gəlmədiyi üçün prioritet olaraq Aleksander Sörloth və Lookman üzərində dayanılır. Bu iki futbolçudan nəticə çıxmasa, alternativ namizədlər masaya yatırılacaq.
Baş məşqçi Domenico Tedesco, komandanın mövcud hücumçusu Jhon Duran ilə birlikdə oynaya biləcək bir futbolçu istəyir. Alternativ siyahının ilk sırasında isə Roma klubunun hücumçusu Artem Dovbyk yer alır. Futbol şöbəsindən məsul idarə heyəti üzvü Ertan Torunoğulları yaxın günlərdə İtaliyaya gedərək həm futbolçu, həm də Roma klubu ilə danışıqlar aparacaq. “Fənərbaxça” tərəfi, razılıq əldə etməzdən əvvəl Dovbykin sağlamlıq vəziyyəti ilə bağlı ətraflı məlumat tələb edəcək.
Rəhbərlik, hücumçu transferi tamamlandıqdan sonra Tedesconun əlavə etdiyi digər mövqelərə mərkəz müdafiəçisi və sol cinaha yönələcək. Müdafiə xəttinə PSG-nin 22 yaşlı sol ayaqlı stoperi Lucas Beraldo üçün işlərə başlanacaq. Bildirilir ki, Beraldo üçün “Fənərbaxça”da Milan Skriniarın tövsiyəsi mühüm rol oynayır.
Mövsümün əvvəlində Fransız klubu ilə Marco Asensio transferini reallaşdıran və Skriniarın da transferində uğur qazanan “Fənərbaxça” rəhbərliyi, bu transferin də problemsiz olacağını hesab edir.























