Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.
Referans Media xəbər verir ki, Azərbaycan təmsilçilərindən Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş medal qazanıblar.
Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.























