Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmirdə 28 yaşlı kişi 3 bıçaq xəsarəti alıb.

Referans Media Bizim.Media-nın Aran bürosuna istinadən  xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb. Belə ki, kənd sakini Quliyev Ülvi Teymur oğlu naməlum şəraitdə 3 bıçaq xəsarəti alıb.

Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda  faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki