Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində baş verib.
 

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin qarşısına mal-qara çıxdığından sürücü idarəetməni itirib və nəticədə maşın yolun kənarına aşıb.


Qəza zamanı  2006-cı il təvəllüdlü N.Rəhimov dünyasını dəyişib. Hadisə nəticəsində 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdlü A.Xanmirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki