Göygöldə avtomobil alışdı: sürücü yanıq xəsarəti aldıbackend

Göygöldə avtomobil alışdı: sürücü yanıq xəsarəti aldı

  Göygöldə yanğın hadisəsi baş verib.

Referans APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil anidən alışaraq yanıb. Dərhal hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.

Avtomobil söndürülüb, yanğının ərazidəki avtomobillərə və əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı avtomobilin sürücü 1989-cü il təvəllüdlü E. Allahverdiyev yanıq xəsarətləri alıb.

O xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki