Hamilə tibb bacısının ölümü ölkəni sarsıtdı: Şok detallar üzə çıxdı - VİDEO

Türkiyənin Antalya şəhərində 7 aylıq hamilə tibb bacısının müəmmalı ölümü geniş rezonans doğurub.

Referans Media xəbər verir ki, 29 yaşlı Esra Uğur yaşadığı evdə qolunda serum vəziyyətində ölü aşkarlanıb.

Hadisə Kepez rayonunun Yeşilyurt məhəlləsində baş verib. Təcili yardım şöbəsində çalışan Esra Uğurdan xəbər ala bilməyən yaxınları onun boşanma ərəfəsində olduğu həyat yoldaşı U.U.-ya müraciət ediblər. Polis əməkdaşları ilə birlikdə mənzilə daxil olan həyat yoldaşı gənc qadını evdə hərəkətsiz vəziyyətdə tapıb.

Hadisə yerinə gələn həkimlər Esra Uğurun həyatını itirdiyini müəyyən ediblər. Meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib.

Araşdırma zamanı məlum olub ki, Esra Uğur bir müddətdir ailə problemləri yaşayırmış və cütlük bir neçə gün əvvəl boşanmaq barədə qərar verib. Həmçinin onun qumar borcunun olduğu da iddia edilir.

İstintaqın ilkin versiyasına görə, gənc qadın qoluna qoşduğu seruma anestezik maddə yeridərək həyatına son vermiş ola bilər. Bununla belə, ölümün dəqiq səbəbi aparılan ekspertiza və istintaq tədbirlərindən sonra müəyyənləşəcək.

Bu gün Esra Uğurun cənazəsini təhvil almaq üçün ekspertiza mərkəzinə gələn anası Emine Uğur böyük sarsıntı keçirib. Göz yaşlarına hakim ola bilməyən qadının halı pisləşdiyindən ona təcili tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki