Hörmüz boğazında radar sistemini söndürən neft tankeri minaya düşüb.
Referans Media xəbər verir ki, bu barədə “Defa Press” məlumat yayıb.
“Bir neçə saat əvvəl Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutdan kənara çıxan tanker dəniz minasına düşüb”, – deyə bildirilib.
Bundan əvvəl İranda gəmilərə dəfələrlə xəbərdarlıq edilmişdi ki, Tehranın müəyyən etdiyi Hörmüzdən keçid qaydalarının pozulması təhlükəli nəticələrə səbəb ola bilər.
