Güclü daşqınlar daha 10 can aldı

Çinin şimal-qərbindəki Qansu əyalətində qısa müddət davam edən şiddətli yağışın yaratdığı daşqın nəticəsində 10 nəfər ölüb, 23-ü xəsarət alıb.

Referans Media əyalətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə günorta vaxtı Veyyuan rayonundakı mənzərəli ərazidə baş verib. Ölən və xəsarət alanlar ərazidə düşərgə quran turistlər olublar.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki