Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə yayılmaqda davam edir.
Referans Media xəbər verir ki, rəsmi məlumata görə, ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 3 075-ə, ölənlərin sayı isə 1 354-ə çatıb.
Bunia şəhərində Ebola Müalicə Mərkəzinin əməkdaşlarının maaş əlavələrinin ödənilməməsinə etiraz olaraq tətilə başlaması xəstələrin müalicəsini çətinləşdirib.
ÜST isə bildirib ki, yayılan Bundibuqyo ştamına qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə mövcud deyil.
Silahlı qarşıdurmalar, maliyyə çatışmazlığı və əhalinin səhiyyə işçilərinə inamsızlığı epidemiyaya nəzarəti daha da çətinləşdirir./Globalinfo.az
