Tehrandan Vaşinqtona xəbərdarlıq: “Qərarları dəyişsə, cavab veriləcək”

ABŞ-ın İrana qarşı hərbi hücumları dayandırmasından sonra Tehran da regionda hərbi əməliyyatlarını dayandırdığını açıqlayıb.

Referans Media xəbər verir ki, bu barədə İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya məlumat verib.

O bildirib ki, ölkəsinin addımları qarşılıqlılıq prinsipinə əsaslanır və bölgədə vəziyyət dəyişərsə, buna mütənasib cavab veriləcək.

Məhəmməd Əkrəminiya həmçinin Vaşinqtonun strateji qərarlar qəbul etməkdə çətinlik yaşadığını iddia edib və ABŞ siyasətində qeyri-müəyyənliyin müşahidə olunduğunu vurğulayıb.

Rəsmi əlavə edib ki, Tehran ABŞ-nin addımlarını diqqətlə izləyir və hər hansı dəyişiklik cavabsız qalmayacaq./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki