İcra hakimiyyətlərinin ləğvi: Ekspert nə düşünür?backend

İcra hakimiyyətlərinin ləğvi: Ekspert nə düşünür?

  “Bakıda Böyük Şəhər Bələdiyyəsi təsis edilməlidir”.

Referans xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda icra hakimiyyətlərinin ləğvi məsələsinin yenidən müzakirə olunması ilə bağlı təkliflərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bundan sonra şəhər əhalisi tərəfindən Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti seçilməlidir:

“Seçilmiş şəxslərin vətəndaşlar qarşısında daha böyük məsuliyyəti olur. Bu zaman da idarəetmənin fəlsəfəsi və yanaşması da dəyişir”.

Natiq Cəfərli Azərbaycanda icra hakimiyyətlərinin ləğvi məsələsinin 10 ildən yuxarıdır ki, müzakirə olunduğunu xatırladıb:

“Doğrusu, bu məsələni gündəmə gətirənlərdən biri də mənəm. Bu, çoxdan yetişmiş məsələdir. İcra hakimiyyətləri SSRİ-dən qalma birinci katiblik institunun adı dəyişdirilmiş formasıdır və effektiv deyil. Effektiv olmaması da sübut olunur. Ölkə ərazisində icra hakimiyyətlərinin idarəçiliyi ilə bağlı dəfələrlə hadisələr baş verib. İcra hakimiyyətləri həbs olunub, bir neçəsi işdən çıxarılıb”.

Ekspertin fikirincə, icra hakimiyyətlərindən birbaşa yerli özünü idarəetmə institutuna keçid lazımdır:

“Seçilmiş bələdiyyə və başqanlarına keçid lazımdır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki