Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilir.
Referans.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində
keçirilmiş attestasiyanın nəticələrinə əsasən 3 əleyhinə, 2 lehinə göstərici ilə qiymətləndirilmiş namizədlər üçün təşkil olunan xüsusi müsabiqənin
test mərhələsini uğurla keçmiş şəxslər növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat 17-22 noyabr tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən aparılır.
