İran bu ölkələrə hücum edə bilər – Mümkün cavab zərbəsibackend

İran bu ölkələrə hücum edə bilər – Mümkün cavab zərbəsi

  “İran İraq, Suriya və Fars körfəzindəki ABŞ bazalarına cavab zərbələri endirərsə, Vaşinqton regionda münaqişəyə cəlb olunacaq”.

Bunu Cenevrə Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (GIPRI) katibi İşam Lemisi deyib.

O bildirib ki, Tehran öz raketləri ilə qisas almaq imkanına malikdir:
 
“İran Yaxın Şərqdə neft-kimya sənaye komplekslərinə, eləcə də ona qarşı bu əməliyyatda faktiki iştirak etmiş ölkələrə hücum edə bilər. Bura Böyük Britaniya, həmçinin bəzi Fars körfəzi ölkələri daxildir. Bundan əlavə, İranın Hörmüz boğazını bağlaması mümkündür”.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə hücum edib.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki