İran Təl-Əvivi vurdu – 15 yaralı

İranın Təl-Əvivə raket hücumu nəticəsində 15 nəfər yaralanıb.

Referans Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Atılan raketin hissələri Təl-Əvivə və ətraf şəhərlərin ərazisinə səpələnib.

Qeyd edək ki, bu, İranın bu gün İsrailə endirdiyi sayca dördüncü raket zərbəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki