İranın əvvəlki lideri aradan qaldırılıb və yeni lider, SEPAH-ın kuklası olan Müctəba Xamenei ictimaiyyət qarşısına çıxa bilmir.
Referans Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu müharibə başlayandan sonra keçirdiyi ilk mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İran İsrail üçün əsas təhlükə olaraq qalır və Təl-Əvivin məqsədi Tehranın nüvə və raket proqramlarına qəti zərbə vurmaqdır.
“Biz İrandakı terror rejimini məhv edirik. Biz onun Livandakı əlaltıları olan Hizbullahı vurur və məğlub edirik”, – deyə o, Zoom konfransında İsrail jurnalistlərinə bildirib.
Netanyahu xəbərdarlıq edir ki, “Hizbullah bizim gücümüzü hiss edir və bunu daha da çox hiss edəcək. Təcavüzünün bədəlini çox ağır ödəyəcək”.
Baş nazir əlavə edib ki, İsrail eyni zamanda İran xalqının mövcud rejimi dəyişdirə biləcəyi şəraitin formalaşmasına çalışır.
“Yeni lider haradadır? Bəli, o, ictimaiyyət qarşısına çıxa bilmir, çünki bu şəraiti biz yaratmışıq. Əgər İran tez bir zamanda təslim olmasa, bu zaman dəhşəti yaşayacaqlar”, – deyə o bildirib.
Netanyahu həmçinin qeyd edib ki, İsrail ilə Tramp arasındakı münasibətlər əvvəlki ABŞ prezidentləri dövrü ilə müqayisədə yüz dəfə daha güclü olaraq qalır./qlobalinfo.az






















