image-iran-fuze-aa-1496313backend

İran xəbərdarlıq etdi: Neft obyektlərimiz vurularsa, Səudiyyə Ərəbistanını hədəf alacağıq

İran rəsmisi neft infrastrukturuna mümkün hücumlara sərt cavab veriləcəyini bəyan edib.

İran Prezidentinin müavini İsmail Sekab İsfahani bildirib ki, ölkənin neft obyektlərinə hücum olacağı təqdirdə, Səudiyyə Ərəbistanının enerji infrastrukturu da hədəf alınacaq.

Onun sözlərinə görə, ABŞ-ın təhdidlərindən çəkinmirlər və istənilən hücuma adekvat cavab veriləcək. İsfahani qeyd edib ki, İran “gözə-göz, dişə-diş” prinsipinə əsaslanaraq addımlarını planlaşdırıb.

Qeyd edək ki, Donald Trump daha əvvəl İranın tələbləri qəbul etməyəcəyi halda enerji obyektləri də daxil olmaqla ölkənin mülki infrastrukturunu hədəf ala biləcəklərini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki