İspaniyanın Sevilya şəhərində festival zamanı attraksionda qəza baş verib.
Referans Media xəbər verir ki, insident insanları 90 metrədək hündürlüyə qaldıran “katapult” attraksionunda qeydə alınıb.
Məlumata görə, trosun qırıldığı anda içərisində sərnişinlərin olduğu kapsul havada olub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2-si xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Xəsarət alanların ciddi travma almadığı bildirilir.
Qəzadan sonra attraksionun fəaliyyəti dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.






















