Londonun “Çelsi” klubu komandanın əsas siması olan Koul Palmer üçün gələcək təklifləri dəyərləndirməyə açıqdır.
Referans Media Fanat.Az-a istindən xəbər verir ki, “zadəganlar” 130 milyon funt-sterlinqlik bir təklif gələcəyi təqdirdə gənc ulduzu satmağı düşünürlər.
Hazırda belə bir transfer məbləğini ödəməyə qadir olan klublar arasında “Real” Madrid və “Pari Sen-Jermen”in adları çəkilir.
“Çelsi”nin Çempionlar Liqasından kənarda qalması klubun maliyyə balansını qorumaq üçün belə çətin qərarlar verməsinə səbəb ola bilər.




















