image-1552102backend

Derbidə oynayıb-oynamayacağına hakim qərar verəcək

Bu gün İstanbul derbisi var. Türkiyənin “Qalatasaray” klubu doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edəcək.

Referans Media  xəbər verir ki, sarı-qırmızılıların nigeriyalı ulduzu Viktor Osimenin matçda forma geyinib-geyinməyəcəyi maraq doğurur. Qaradərili futbolçunun qolunun zədəli olması qeyri-müəyyən vəziyyət yaradıb.

“Sözcü” qəzeti bu mövzuda maraqlı xəbər dərc edib. KİV-in yazdığına görə, 26 yaşlı qolçunun derbidə oynayıb-oynamayacağına matçın hakimi Yasin Kol qərar verəcək. Hakim Osimenin qolundakı sarğı və ya qoruma aparatının rəqib futbolçular üçün hər hansı təhlükə yaradıb-yaratmayacağını muəyyənləşdirəndən sonra yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, Yasin Kol “Fənərbaxça”ya simpatiyası ilə tanınır. Osimenin taleyinin onun ixtiyarına buraxılması “Qalatasaray” cameəsində narazılıqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki