Bu gün Türkiyə ard-arda iki dəfə zəlzələ olub.
Referans Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ilk hadisə yerli vaxtla saat 08:01-də Yedisu (Bingöl) bölgəsində 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin dərinliyi 7 km olub.
40 dəqiqə sonra, yerli vaxtla 08:41-də Sındırgı (Balıkesir) bölgəsində isə dərinliyi 14,93 km olan 3,1 bal gücündə yeraltı təkanlar baş verib.




















