image-qandal-kisi11backend

İşlədiyi evdən 30 min ogurlayan şəxs saxlanıldı

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Referans Media-ya  verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki